Şrift:
Fərəc Quliyev: Dünya birliyinin Ermənistanın cinayət əməlləri qarşısında susması təəssüf doğurur
11.06.2021 [10:30] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“2020-ci il 10 noyabr tarixində üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb etsə də, düşmən tərəf buna məhəl qoymur. Nəticədə, təəssüf ki, Azərbaycanın dinc sakinləri, o cümlədən xidməti vəzifələrini yerinə yetirən jurnalistlər həlak olurlar”.

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

F.Quliyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə törədən minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası üçtərəfli Bəyanatın öhdəliklərinə əməl olunmadığını göstərir: “Beynəlxalq ictimaiyyət Ermənistana xəritələri vermədiyinə görə təsir göstərməlidir. Amma biz, əksinə, bu məsələdə müəyyən qədər gözləmə mövqeyi tutulmasının və susqunluq nümayiş etdirilməsinin şahidi oluruq”.
“Digər tərəfdən, Azərbaycan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə əməl olunması istiqamətində Ermənistana təzyiqin artırılmasını tələb etdiyi halda, dünya birliyinin Ermənistan tərəfinin cinayət əməlləri qarşısında susması təəssüf doğurur. Halbuki Azərbaycanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsində bəzi beynəlxalq qurumların saxtakar Ermənistanın təbliğatına dəstək verməsini görməkdəyik. Həmin dövlətlər Azərbaycana qarşı haqsız şəkildə çağırışlar ünvanlamaqdansa, Ermənistandan qanunsuz əməllərə son qoymasını tələb etməlidir. Azərbaycan cəmiyyəti isə bu məsələdə birlik və həmrəylik nümayiş etirməlidir”, - deyə F.Quliyev bildirib.

Qaşqay RAMAZANOV/YeniAzərbaycan
Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed