Şrift:
ABŞ keçmiş İran məmurlarına qarşı sanksiyaları ləğv edib
11.06.2021 [14:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bayden Administrasiyasının nümayəndəsi bildirib ki, üç sabiq iranlı məmura və əvvəllər İranın neft-kimya məhsullarının alveri ilə məşğul olan iki şirkətə qarşı sanksiyalar ləğv edilib.

Bayden Administrasiyası rəsmisindən sitat gətirən Amerika KİV-lərinə istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsinin (OFAC) hərəkətləri ABŞ-ın İran tərəfindən 2015-ci il nüvə sazişinə riayət edilməsinə nəzarəti bərpa etmək səyləri ilə bağlı deyil.

Maliyyə Nazirliyinin bəyanatında deyilir: “Bu gün OFAC və Dövlət Departamenti İran hökumətinin üç sabiq vəzifəli şəxsi və əvvəllər İranın neft-kimya məhsullarının alışı, əldə edilməsi, satışı, nəql edilməsi və ya marketinqi ilə məşğul olmuş iki şirkət barədə sanksiyaları da ləğv edir”.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, həmin üç şəxs artıq İran hökuməti ilə bağlı təşkilatlarda vəzifə tutmadıqlarını bildiriblər. Nazirliyin nümayəndəsi daha sonra əlavə edib ki, bu üç şəxs barəsində sanksiyaların qüvvədə qalması üçün səbəb yoxdur.
Bu xəbər oxucular tərəfindən 753 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed