Şrift:
Şəhid ailəsi üzvləri və qazilərlə bağlı “Məşğulluq marafonu”na 54 işəgötürən qoşulub
14.06.2021 [14:06] - Gündəm, Sosial
İşəgötürənləri şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştiraka təşviq məqsədilə başlanılan “Məşğulluq marafonu” böyük maraqla qarşılanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən xəbərə görə, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafona indiyədək 54 işəgötürən qoşulub.

Bakı və ölkəmizin bölgələrində fəaliyyət göstərən həmin işəgötürənlər onlarda mövcud olan və ya yeni yaratdıqları, müxtəlif peşə sahələrini əhatə edən 76 vakansiyanı müvafiq elektron platformaya daxil ediblər. Həmin vakansiyalar şəhidlərin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərin iş yerləri ilə təminatı üçün istifadə olunacaq.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başlanılan marafona qoşulmaq istəyən işəgötürənlər həmin məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed