Şrift:
“Bakı Metropoliteni” ilə metronun Həmkarlar İttifaqı yeni kollektiv müqavilə bağlayıb
14.06.2021 [14:19] - Gündəm, İqtisadiyyat
İyunun 10-da “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin akt zalında Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) 2021-2023-cü illər üçün kollektiv müqavilənin qəbul olunmasına həsr olunmuş konfransı keçirilib. Tədbir COVID-19 pandemiyası ilə əlaqədar xüsusi qaydalara əməl olunmaqla keçirilib.

QSC-dən bildirilib ki, konfransı giriş sözü ilə açan MİHİ sədri Arif Mərdanov nümayəndələri salamladıqdan sonra müqavilənin müddətinin bitdiyi üçün yeni müqavilənin hazırlanması, müzakirəsi üzrə işçi qrupunun fəaliyyəti barədə məlumat verib. Prosedur qaydalarına əməl olunduqdan sonra yeni müqavilənin təqdimatı və müzakirəsinə başlanılıb. Yeni müqavilənin tam mətni ilə konfrans iştirakçılarını MİHİ-nin əməyin hüquq müfəttişi Abdulla Acalov tanış edib.

“Bakı Metropoliteni” QSC işçilərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların hüquq və mənafelərinin müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsi və “Həmkarlar İttifaqları haqqında” Qanuna uyğun olaraq QSC rəhbərliyi ilə ikitərəfli məsləhətləşmələr zamanı əldə edilmiş razılığa görə “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqı ilə 2021-2023-cü illər üçün Kollektiv müqavilənin bağlanması barədə birgə qərar qəbul edilib. Bununla əlaqədar olaraq tərəflər arasında 2019-2021-ci illər üçün bağlanmış Kollektiv müqavilə qüvvədən düşmüş hesab olunub.

Sonra konfrans səsvermə yolu ilə yeni Kollektiv müqaviləni qəbul edib. Bununla da konfrans öz işini başa vurub.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed