Şrift:
Rusiyada azərbaycanlılara məxsus restoranları yandırırlar
06.12.2012 [14:22] - Gündəm, Hadisə
Sankt-Peterburqun Kalinin rayonunda son günlər ikinci dəfə restoranın yandırılması faktı qeydə alınıb.Piter Tv-in yaydığı məlumata görə, bu gün səhər radələrində polisə Lunaçarski prospektində yerləşən “Çinar” Şərq Mətbəxi restoranından yanğın baş verməsi barədə məlumat daxil olub.

Restoranın 22 yaşlı gözətçisi səhər 03.35 radələrində restoranın su pontonlarından birində yanğın siqnalizasiyasının işə düşdüyü barədə məlumat daxil olub. Küçəyə çıxan gözətçi qara gödəkcə və cins geyinmiş, boyları 170-175 santimetr olan iki maskalı şəxs görüb. Onlardan biri tapançaya oxşar alətlə restoranın şüşəsini sındırıb və içəri tezalışan maddə ilə dolu şüşə qab atıb. Mühafizəçi onları saxlamaq istəyəndə maskalılardan biri ona tərəf atəş açıb. Daha sonra restoranı yandıranlar aradan çıxıblar.

İki gün əvvəl həmin rayonda oxşar hadisə qeydə alınıb. Naməlum şəxslər Azərbaycan vətəndaşına məxsus “Falminqo” kafesini yandırmağa cəhd ediblər. Pəncərəni sındıran maskalılar içəri tezalışan maddə ilə dolu şüşə qablar ataraq qaçıblar. Hər iki faktla bağlı araşdırma aparılır
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed