Şrift:
İranda baş verən zəlzələdə 8 nəfər öldü
06.12.2012 [14:37] - Güney Azərbaycan xəbərləri, Hadisə
İranın Xorasan Cənubi əyalətində 5,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində 8 nəfər həlak olub, 23 nəfər xəsarət alıb. Bu barədə İranın "Mehr" agentliyi məlumat verir.

Məlumata əsasən, bir uşaq da itkin düşüb ki, onun axtarışları davam edir.
Xorasan Cənubi əyalətinin Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmmədəli Axundi deyib ki, hazırda xilasetmə işləri yekunlaşmaq üzrədir və çadırlar qurulub: "Vəziyyətə tamamilə nəzarət olunur və bütün qüvvələr hazırlıq vəziyyətindədir. Zəlzələdən xəsarət alanlara çadırlar paylanıb və zəruri ərzaqla təmin olunublar".

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla ötən gecə saat 20:38-də Xorasan Cənubi əyalətinin inzibati mərkəzi Bircənd şəhərindən şimal-qərbdə yerləşən Zohan şəhərində qeydə alınıb.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan və Əhər şəhərlərində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500 yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təxminən beş min bina zərər görmüşdü.Zəlzələ nəticəsində evlərini itirən Azərbaycanılar bu soyuq aylarda həldə çadırlarda yaşamaqa məcbur qalıblar.Güney Azərbaycandan daxil olan məlumata əsasən İran rejimi həta təbi fəlakət zamanıda ayrı seçkilik edir.Türklərin yaşadığı vilayətlərdə zəlzələdən xəsarət alanlara rejim diqətsizlik edir.
Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed