Şrift:
Bərpaolunan enerji hərraclarında İsrail şirkətlərinin iştirakı müzakirə edilib
16.06.2021 [17:28] - Gündəm, İqtisadiyyat
Energetika naziri Pərviz Şahbazov İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, görüşdə energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Bildirilib ki, İsrail Azərbaycan üçün vacib tərəfdaş olduğu qədər, Azərbaycan da İsrailin enerji təhlükəsizliyi üçün bir o qədər əhəmiyyət kəsb edən ölkədir və İsrailin neft idxalının əhəmiyyətli hissəsi Azərbaycanın payına düşür. Azərbaycanda energetika sahəsində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib, bərpaolunan enerji, enerji səmərəliliyi sahəsində qabaqcıl təcrübəyə və texnologiyalara malik İsrail şirkətləri ilə əməkdaşlıq üçün potensialın olduğu qeyd edilib. Gələcəkdə ölkəmizdə təşkil ediləcək bərpaolunan enerji hərraclarında İsrail şirkətlərinin də iştiraka təşviq edilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə müvafiq sahələr üzrə məlumat və təcrübə mübadiləsi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed