Şrift:
Möhsün Mehrəlizadə İranda prezident seçkilərinə namizədliyini geri götürüb
17.06.2021 [09:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmüş Möhsün Mehrəlizadə seçkilərə 2 gün qalmış namizədliyini geri götürüb

İRNA xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə M.Mehrəlizadə məktubla daxili işlər nazirinə müraciət edib. Namizədin istəyi təmin olunub və onun adı seçki bülletenindən çıxarılıb.

Beləliklə iyunun 18-də İranda keçiriləcək Prezident seçkilərində artıq 7 deyil, 6 namizəd mübarizəni davam etdirəcəklər.
Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed