Şrift:
Vətən müharibəsinin şəhidi Osman Cəfərovun ad günü məzarı yanında qeyd olunub
18.06.2021 [09:47] - Xəbərlər, Hərb
Vətən müharibəsində könüllü olaraq döyüşlərə yollanan və qəhrəmancasına döyüşərək şəhid olan Osman Cəfərovun ad günü qeyd edi

Osman Cəfərov 1998-ci il iyunun 17-də İmişli rayonunda dünyaya göz açıb. Ürəyində Vətən sevgisi olan Osman torpaqlarımızın erməni təxribatçılarından azad edilməsi uğrunda başlayan Zəfər yürüşündə iştirak edib. O, Vətənin səsinə səs verib, tərəddüd etmədən döyüşlərə yollanıb. İlk döyüş yolu Füzuli-Cəbrayıl istiqamətindən başlayıb, bir çox uğurlu tapşırıqların yerinə yetirilməsində şücaəti ilə seçilib. Osman Qubadlı uğrunda gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub, xeyli canlı qüvvəsini məhv edib. Son döyüş yeri isə Laçın torpaqları olub. O, son mərmisinə qədər döyüşərək şəhadətə ucalıb.

Osman Cəfərovun doğum günündə İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd ictimaiyyəti onun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Osman Cəfərov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 1426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed