Şrift:
Avropa çempionatında çıxış edəcək yunan-Roma güləşçilərimiz müəyyənləşib
18.06.2021 [09:58] - Xəbərlər, İdman
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam e

Qitə birinciliyinin son 3 günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi ilə Rahim Həsənov (45 kq), Fəraim Musafayev (48 kq), Pərviz Dadaşov (51 kq), Fərid Baxışlı (55 kq), Fərid Xəlilov (60 kq), Kənan Abdullazadə (65 kq), Ruslan Nurullayev (71 kq), Cocu Səmədov (80 kq) və Cavidan Nuri (92 kq) yarışda ölkəmizi təmsil edəcəklər.

İyunun 18-də 48, 55, 65, 80, 110, bir gün sonra isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Ötən gün püşkatma mərasimi keçirilib və yeniyetmə pəhləvanlarımızın ilk rəqibləri müəyyənləşib. Belə ki, Rahim Həsənov Filip Çapka (Çexiya), Fəraim Mustafayev estoniyalı Oliver Qrauen, Pərviz Dadaşov Bolqarıstan təmsilçisi Borislav Kirilov, Fərid Baxışlı Yuhan Kristyuhan (Estoniya), Fərid Xəlilov gürcüstanlı Rati Xozrevanidze, Kənan Abdullazadə Türkiyə güləşçisi Nihat Kara, Ruslan Nurullayev almaniyalı Tom Stoll (Almaniya), Cocu Səmədov belaruslu Maksim Masiukeviç, Cavidan Nuri isə macarıstanlı Kriştian Kis ilə qarşılaşacaq.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed