Şrift:
Kolleclərə qəbul olmaq üçün 20 mindən artıq abituriyent ərizəsini təsdiqlədib
21.06.2021 [11:12] - Xəbərlər, Bildiriş
Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

Mərkəzdən bildirilib ki, orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu iyunun 29-dək internet vasitəsilə aparılır. Bu gün saat 10:15-ə olan məlumata görə, 20737 abituriyent (Azərbaycan bölməsi - 20219; rus bölməsi - 518) ərizəsini təsdiqlədib.

Qeyd edək ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının müvafiq səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər. Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”dəki hesabına əlavə edirlər. Həmin məbləğ ərizə təsdiq olunduqda onların müvafiq hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən ona təqdim olunur.
Bu xəbər oxucular tərəfindən 1159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed