Şrift:
İranın Qərbi Azərbaycan əyalətindəki məktəbdə baş vermiş partlayış nəticəsində xəsarət alan 4 uşaq reanimasiyada qalır
07.12.2012 [10:26] - Güney Azərbaycan xəbərləri, Hadisə
İranın Qərbi Azərbaycan əyalətindəki məktəbdə baş vermiş partlayış nəticəsində xəsarət alan 4 uşaq reanimasiyada qalır. Bu barədə DAİM "Mehr" agentliyinə istinadən məlumat verir.

Piranşəhr dairəsinin qubernatoru Musahadi Orucun sözlərinə görə, Piranşəhr şəhərində qızlar məktəbinin siniflərindən birində qızdırıcı cihaz partlayıb.

Dekabrın 5-də baş vermiş faciə zamanı sinifdə 31 məktəbli olub. 29 qız ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda xəsarət alan 4 məktəbli intensiv terapiya şöbəsindədir.

Hadisədən sonra insidentin səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed