Şrift:
“Məryəm” filminin çəkilişləri üzərində tamamlanma işləri aparılır
21.06.2021 [11:50] - Xəbərlər, Siyasət
C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “Məryəm” filminin çəkilişləri üzərində tamamlanma işləri aparılır.

Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğludur. Baş rolu Təhminə Rafaella və Ayşad Məmmədov canlandırır. Filmin çəkilişləri Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılıb.

Ekran əsərinin süjet xətti Məryəmin uzun illər sonra ölmüş bildiyi atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar rayonda yerləşən psixiatrik xəstəxanada tapan Məryəm, yeni reallıqla üz-üzə qalır. Bu zaman ortaya əbədi “nə etməli?” sualı çıxır. Filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan edir.

Filmin premyerası 2022-ci ildə nəzərdə tutulub. Film beynəlxalq festivallara göndərildikdən sonra şəhərin kinoteatrlarında nümayiş etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed