Şrift:
Ekspert: Karantin qaydalarının tətbiqində yumşalmalar artdıqca vətəndaş məsuliyyətinin artması da çox vacibdir
23.06.2021 [14:01] - Xəbərlər, Sosial
Ölkəmizdə tətbiq olunan karantin qaydalarının yumşaldılması sevindirici haldır. Onu qeyd edə bilərəm ki, yumşalmaların arxasında dövlətin COVID-19-a qarşı həyata keçirdiyi uğurlu siyasət və ən əsası Prezident İlham Əliyevin bu problemi şəxsi nəzarətində saxlamasıdır. Dünyada COVID-19 virusuna qarşı vaksinlərin əlçatmaz olduğu halda və bir çox dövlətlərin hələdə vaksinasiyanı 50 yaşdan yuxarı əhali arasında apardığı halda Azərbaycanda artıq 18 yaşdan yuxarı hər kəs peyvəndlənə bilər. Onu da qeyd etmək istərdim ki, hazırda ölkəmizdə 3 milyondan çox vaksin istifadə olunub, bu əhalinin 19 faizinin peyvənd olunduğu deməkdir.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyib.

Azərbaycanda karantin qaydalarının tətbiqində edilən yumşalmalarla bağlı ekspert deyib: “2021-ci il iyunun 16-da İslam Əməkdaşlıq təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən 2-ci zirvə toplantısında Prezident İlham Əliyev çıxış edərək vacib məqamlara toxunub, Azərbaycanda pandemiyaya qarşı atılan addımlardan danışıb. Prezident xatırladıb ki, Azərbaycan 2020-ci ildə etibarən COVID-19 virusu ilə mübarizəyə 10 milyon ABŞ dolları Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq ianə edib. Prezident virusa qarşı vaksinlərin dünyada qeyri ədalətli paylanılması haqda öz fikirlərini bildirərək mövcud vəziyyəti qınamışdı. Əfsuslar olsun ki, mövcud peyvənd dozalarının 82 faizi məhz varlı dövlətlərin və yalnız 0.3 faizi az gəlirli ölkələrin payına düşüb və bu dövlətlərdə yaşayan insanların həyatı risk altındadır.

Azərbaycanda isə pandemiya ilə bağlı vəziyyət tam nəzarət altındadır. Müşahidə olunan müsbət tendensiya, habelə 2021-ci ilin əvvəlindən həyata keçirilməsinə başlanmış vaksinasiya prosesinin uğurla davam etdirilməsi xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına əlavə imkanlar yaradıb. İyulun 1-dən etibarən toyların keçirilməsi çox sevindirici haldır. Amma yumşalmalar artdıqca vətəndaş məsuliyyətinin artması da çox vacibdir. Toyların keçirilməsi zamanı sosial məsafənin saxlanılması mütləq vacibdir. Unutmamalıyıq ki, COVID-19 heç yana getməyib, virus mutasiya edir və bununla da özümüzü və digər insanları qorumağımız vacibdir. Hazırda həm özümüzü qorumaq həm normal həyata tam qayıtmaq üçün və yoluxma sayının yüksəlməməsi üçün vaksinasiya olunmağımız vacibdir. 2020-ci ildən etibarən bu günədək aidiyyəti dövlət qurumları və məsuliyyətli vətəndaşlarımızın COVID-19 virusuna qarşı əldə etdiyi uğurları qoruyub saxlamaq və bununla da yoluxma dinamikasının yüksəlməsinə imkan verməmək hər birimizin ilk növbədə mənəvi borcudur”.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed