Şrift:
Vətən müharibəsinin 100 nəfər qazisi və onların övladları üçün tibbi aksiya həyata keçirilir
23.06.2021 [14:13] - Xəbərlər, Hərb
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşkilatçılığı, “Aysmed” klinikasının tibbi dəstəyi ilə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə 100 nəfər Vətən Müharibəsi qazisi və onların övladları üçün tibbi aksiyaya başlanılıb.

Aksiya zamanı qazilər və övladları üçün tibbi müayinələr, həkim qəbulu, laborator analizlər və digər bütün tibbi xidmətlər pulsuz təşkil olunur.

"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal bildirib ki, tibbi aksiya iyunun 23, 24, 25-də keçiriləcək. İctimai Birlik tərəfindən şəhid ailələri və qazilərə ictimai, siyasi, sosial dəstəkyönümlü layihələrimiz gələcəkdə də uğurla davam etdiriləcək.

Birliyin icraçı direktoru vurğulayıb ki, tibbi əhəmiyyətli tədbiri təşkil etməkdə əsas məqsəd Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə bağlı həyata keçirdikləri sosial dəstək proqramına uyğun olaraq, ictimai, siyasi kursu əsas götürərək 44 günlük haqq savaşında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fədakarcasına döyüşərək sağlamlığını itirmiş qazilərimizə hər cür diqqət və qayğı ilə yanaşı tibbi cəhətdən də dəstək olmaqdır.

Milli vətənpərvər ruhlu və Vətən müharibəsi qazilərinə dəstəkyönümlü həyata keçirilən belə tibbi aksiyaların əhatəliliyini təmin etmək üçün birliyin rayonlarda da nümayəndəliklərinin açılması planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 1296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed