Şrift:
MDHP, Güney Azərbaycanda Milli Hökümətin 67-ci ildönümü və Beynəlxalq İnsan Haqları günü münasibətilə dəyirmi masa keçirəcək
07.12.2012 [13:09] - Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
10 Dekabr Beynəlxalq İnsan Haqları günü və 1945-46-ci ildə Güney Azərbaycanda qurulan Milli Hökümətin 67-ci ildönümüdür.Bu münasibətlə Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin təşəbüsü ilə 10 Dekabr 2012-ci il tarixində saat 14.00 da beynəlxalq mətbuat mərkəzində “Güney Azərbaycanda İnsan Haqlarının dünəni və bugünü” mövzusunda dəyirmi masa keçirəcək.Tədbirdə Güney Azərbaycanda 1945-46-ci illərdə Milli Hökümətin qurulma zərurəti və məğlubiyyət səbəbləri,həmçinin həmin tarixdən bugünə qədər Güney azərbaycanda insan hüquq və azadlıqlarının hakim rejimlər tərəfindən kobud şəkildə pozulması haqda məruzə və çıxışlar nəzərdə tutulur.
Tədbirdə,MDHP rəhbərliyilə yanaşı,tarixçi alimlər,hüquqşünaslar, ictimai,siyasi xadimlər,siyası və ictimai təşkilatların nümayəndələri.diaspor təşkilatlarının nümayəndələri,tələbələr və media mənsubları iştirak edəcək.
Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə, bina 23
Hörmətlə:
MDHP Güney Azərbaycan Departamenti
Əlaqə telefonları: (012 567 11 80 -050 611 38 06)
www.davam.az
Bu xəbər oxucular tərəfindən 1686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed