Şrift:
Azərbaycanla Əlcəzair qarşılıqlı ixrac və investisiya potensialının artırılmasını müzakirə edib
24.06.2021 [11:18] - Xəbərlər, İqtisadiyyat
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhak ilə görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən qeyri-neft məhsullarının ixracı və qarşılıqlı investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Təmsil etdiyi qurumun fəaliyyətindən danışan AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi üçün görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib.

Səfir S.Abdelhak iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, bu sahədə işgüzar görüşlərin önəmini vurğulayıb.

İşgüzar görüşdə Azərbaycan və Əlcəzair arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması, həmçinin Əlcəzairdə fəaliyyət göstərən xarici ticarətin təşviqi üzrə Milli Agentlik (ALGEX) ilə əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed