Şrift:
Təhsil Nazirliyi: Müqavilələrin idarəolunması proseduru mövzusuna həsr olunan təlim keçiriləcək
24.06.2021 [11:19] - Gündəm, Mədəniyyət
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 25-i saat 17:00-da baş tutacaq təlim proqramı “Müqavilələrin idarəolunması proseduru” mövzusuna həsr edilib. Təlimçi qeyd olunan Dövlət Proqramı çərçivəsində Fransanın Strasburq Universitetinin hüquq ixtisası üzrə magistratura pilləsindən məzun Maarifə Paşayevadır.

Təlimdə iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidir. Onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed