Şrift:
Bakı Slavyan Universiteti kollektivindən əsgər və zabitlərimizə bayram sovqatı
24.06.2021 [11:30] - Xəbərlər, Hərb
26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Bakı Slavyan Universitetinin (BSU) kollektivi Laçın və Kəlbəcər rayonlarında hərbi xidmət keçən əsgər və zabitlərimizə bayram sovqatı göndərib.

Bu barədə BSU-nun Mətbuat və informasiya şöbəsindən bildirilib. Bayram sovqatı BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanovanın rəhbərliyi və şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu, universitetin Filologiya və xarici dil müəllimliyi fakültəsinin builki məzunu, "YAŞAT" Fondunun və “Davam” Gənclər Hərəkatının əməkdaşı Elvin Mirzəyevin, həmçinin Tələbə Gənclər Təşkilatının sədri Cəfər Adilovun, Tərcümə fakültəsinin tələbəsi, “ASAN xidmət”in əməkdaşı Sultan İbrahimlinin, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi, “ASAN xidmət”in əməkdaşı Rza Əliyevin iştirakı ilə əsgər və zabitlərimizə çatdırılıb.

Qeyd edək ki, Silahlı Qüvvələr Günü ərəfəsində BSU kollektivinin işğaldan azad edilmiş ərazilərimizdə hərbi xidmət keçən əsgər və zabitlərimizə könüllü şəkildə bayram sovqatı göndərməsi bu ali təhsil müəssisəsinin xalqla, dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Ordusunun yanında olduğunu bir daha təsdiqləyir.
Bu xəbər oxucular tərəfindən 1268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed