Şrift:
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib
24.06.2021 [11:41] - Xəbərlər, Siyasət
İyunun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5863 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, biri 1-ci dərəcəli kapitan, 98-i isə polkovnik-leytenantdır.
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed