Şrift:
Bakı Dövlət Universitetində Azərbaycan Silahlı Qüvvələri Gününə həsr edilmiş tədbir
25.06.2021 [12:01] - Xəbərlər, Mədəniyyət
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunan onlayn tədbir keçirilib. Əvvəlcə Vətən müharibəsində qazanılan şanlı Qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

BDU-dan bildiriblər ki, tədbirdə universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edib. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, torpaqlarımızın düşmən tapdağından azad edildiyindən danışıb.

Vurğulanıb ki, bu böyük Qələbənin şərəfinə dastanlar, romanlar, tarixi əsərlər yazılacaq.

Sonra Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu və BDU-nun dosenti Ələmdar Şahverdiyev Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, inkişaf yolu barədə danışıblar. Bildirilib ki, ölkəmizdə peşəkar ordu quruculuğunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində şanlı Ordumuz bu gün regionun ən qüdrətli, dünyanın peşəkar ordularından biri olub.

Sonra əlamətdar gün münasibətilə bədii hissə nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed