Şrift:
Naftali Bennet: “Tehran cəlladını prezident seçən bu rejim nüvə proqramını aparmaq üçün öz xalqını ac saxlamağa hazırdır”
25.06.2021 [12:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bennet deyib ki, onun hökuməti İrandan gələn təhdid barədə öz dostları ilə məsləhətlər aparacaq və bu təhdidin qarşısını almaq və özünü müdafiə etmək üçün zərrəcə tərəddüdə yol verməyəcək.


“Dünya bilməlidir ki, Tehran cəlladını ( İbrahim Rəisi-red) ölkə prezidenti seçən bu zorakı və ekstremist islam respublikası rejimi yalnız öz hərbi və nüvə proqramını irəli aparmaq üçün illərlə öz xalqını ac saxlamağa hazırdır.Bu, onunla qarşılıql əlaqələr qurmağa layiq olan bir rejim deyil.


Təəssüflər olsun ki, indiki vəziyyət, İsrailin görmək istədiyi durum deyil və düşünürəm ki, əvvəl-axır bizim məsuliyyət və taleyimiz başqasının yox, öz əlimizdədir.


Biz İsrailin varlığını hədəfə alan təhdidlərin gerçəkləşdirilməsinə imkan verməyəcəyik. Düşmənlərimiz dəyişir, başqalaşırlar. Keçmişdə bu düşmən İraq idi, bu gün də İran İslam Respublikasıdır”, -deyə İsrailin yeni baş naziri Naftali Bennet bildirib.


Həmçinin həmin mərasimdə çıxış edən İsrailin müdafiə naziri Beni Qants deyib ki, İran rejimi atom bombasına iyələnməyə çalışır, lakin İsrail buna imkan verməyəcək.
Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed