Şrift:
“İsgəndər-M” müəmması: “Moskvanın gözü kölgəlidir” – Hərəkətə keçək
26.06.2021 [21:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“İgəndər”in Şuşaya atılması şimal qonşumuzun vasitəçiliyinə, sülhməramlılığına kölgə salır”

“Məncə, biz Moksvanın vasitəçiyindən imtina edib, öz işimizi özümüz sona çatdırası olacağıq”


Son vaxtlar, xüsusilə Ermənistanda Nikol Paşinyan iqtidarını bərpa etdikdən sonra rəsmi Bakı ilə Moskva arasında təmaslar güclənib. Məlum olduğu kimi, bir çox mühüm məsələr, o cümlədən Şuşada qalıqları tapılan “İsgəndər-M” raketinin hardan, necə, niyə atılması indiyədək qaranlıqdır. Heç olmasa, bundan sonra proseslərin aydınlanacağına ümid edirik.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu barədə “Sherg.az”a danışdı:

“Əslində məsələ tamamilə aydındır. İki mümkün ssenari var. Bunlardan birincisi raketin Rusiyanın Ermənistandakı hərbi bazasından atılması, digəri isə silahın İrəvana verilməsidir. Hər iki halda Moskva günahkardır. Hər kəs-bütün dünya bu həqiqəti bilir. Biz təzyiq aləti kimi bu məsələdən yararlana bilərik. Ölkəmizə qarşı hansısa xoşagəlməz addım atılarsa, dərhal “qırmızı kart” göstərməliyik. Məlum hadisədən sonra həm İrəvan, həm də Moskva bizim qarşımızda gözü kölgəlidir”.

F.Quliyev, həmçinin minalı ərazilərin xəritəsindən söz açdı:

“Paşinyan xəritəni Rusiyaya verdiyini demişdi. Amma Lavrov bunu təkzib etdi. İkinci bir tərəfdən, üçtərəfli sazişə uyğun olaraq bütün silahlı qüvvələr ərazidən çıxarılmalı idi. Minanın da silahın bir növü olduğu nəzərə alınmalıdır. Görünür, Kreml sadəcə bu məsələdə maraqlı deyil. Haqqında danışdığımız “İsgəndər”in Şuşaya atılması şimal qonşumuzun vasitəçiliyinə, sülhməramlılığına kölgə salır. Məncə, biz Moksvanın vasitəçiyindən imtina edib, öz işimizi özümüz sona çatdırası olacağıq”.

Kənan Novruzov/sherg.az
Bu xəbər oxucular tərəfindən 876 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed