Şrift:
BMT Təhlükəsizlik Şurasının iclasında kiber təhlükəsizliyi müzakirə olunacaq
28.06.2021 [10:25] - Gündəm, Sosial
Estoniyanın təşəbbüsü ilə iyunun 29-u BMT Təhlükəsizlik Şurasında kiber təhlükəsizlik mövzusunda yüksək səviyyəli iclas keçiriləcək.

TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, onlayn iclas Estoniyanın Baş naziri Kaya Kallasın sədrliyi ilə keçiriləcək, təşkilatın baş katibinin müavini İdzumi Nakamitsu hesabat təqdim edəcək.

Bildirilir ki, kiber təhlükəsizlik mövzusu BMT Təhlükəsizlik Şurasının üzvü kimi Estoniyanın prioritetlərindəndir.
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed