Şrift:
Türkiyədə baş verən yanğın zamanı təxminən 25 hektar meşə ərazisi məhv olub
28.06.2021 [10:27] - Xəbərlər, Hadisə
Türkiyənin Muğla vilayətində baş verən meşə yanğını söndürülüb. Hadisə zamanı təxminən 25 hektar meşəlik ərazi yanaraq külə dönüb.

Yanğının söndürülməsinə yeddi helokopter və çox sayda yanğınsöndürən maşın cəlb olunub. Şəhərin üzərində qatı duman təbəqəsi yaranıb.

Hadisə zamanı qardaş ölkənin Meşələr Baş İdarəsinin bir əməkdaşı həlak olub.

Faktla bağlı araşdırma başladılıb.
Bu xəbər oxucular tərəfindən 1371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed