Şrift:
Mərəndin Sivan bölgəsində yanğın baş verib
29.06.2021 [11:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mahalın İcra Hakimiyyətinin başçısı Davud Gərşasibinin İran televiziyasına verdiyi açıqlamaya görə, hadisə iyunun 28-də olub. Bölgə üzrə 250 hektar otlaq sahəsi yanıb.

D.Gərşisibi deyib ki, yanğının söndürülməsi və ətrafa yayılmasının qarşısını almaq üçün bölgəyə Mərəndin 321-ci “Şəhid Əşraf” briqadasının əməkdaşları cəlb olunub.

Başçının sözlərinə görə, yanğın söndürülüb və onun başqa bölgələrə yayılmasının qarşısı alınıb.

O, bildirib ki, hadisə bölgə bağçılarından birinin səhlənkarlığı üzündən baş verib. Bağbanın ocaq qalması nəticəsində yanğın baş verib və güclü külək alovu qısa müddətdə onlarla hektar əraziyə yayıb.

Davud Gərşasibi onu da vurğulayıb ki, havaların istiləşməsi, quraqlığın hökm sürməsi son vaxtlar otlaq və meşə yanğınlarının çoxalmasına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed