Şrift:
ATƏT-in fəaliyyətdə olan sədri Vyanada keçirilən görüşlər çərçivəsində Dağlıq Qarabağ məsələsini müzakirə edib
30.06.2021 [11:04] - Xəbərlər, Siyasət
ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linde, Vyanada keçirilən görüşlər çərçivəsində Dağlıq Qarabağ məsələsini müzakirə edib.

Ann Linde “Facebook” səhifəsində ATƏT-in qarşısında duran əsas vəzifələrin səfər zamanı diqqət mərkəzində olduğunu qeyd edib.

“Səfər müddətində Dağlıq Qarabağ münaqişəsi, fikir və media azadlığının qorunmasının vacibliyi, habelə ATƏT-də mövcud olan əməkdaşlıq formalarının inkişaf etdirilməsinin zəruriliyi müzakirə edilib”, - deyə Ann Linde yazıb.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed