Şrift:
Musiqi sənəti üzrə qabiliyyət imtahanları başlanır
30.06.2021 [11:27] - Gündəm, Bildiriş
Ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına musiqi sənəti üzrə qabiliyyət imtahanları başlanır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qabiliyyət imtahanları iyulun 1-dən etibarən Bakı şəhərində Bülbül adına orta ixtisas məktəbində Əhməd Cavad küçəsi 9 ünvanında keçiriləcək.

Bakıda fəaliyyət göstərən qabiliyyət imtahanı komissiyaları (QİK) öz fəaliyyətlərini yekunlaşdırdıqdan sonra musiqi sənəti üzrə bölgələrdə fəaliyyət göstərən komissiyalar işə başlayacaq.

Abituriyentlər imtahana gəlməzdən əvvəl buraxılış vərəqələrini və proqram formasını çap etməli və imtahanda ifa edəcəkləri əsərləri bu formaya yazaraq komissiyaya təqdim etməlidirlər.

Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən QİK-lər üzrə imtahan verəcək abituriyentlər imtahan binasına əvvəlcədən qeydiyyatdan keçmiş və buraxılış vərəqəsi olan konsertmeysterləri ilə gəlməlidirlər. Buraxılış vərəqəsi olmayan konsertmeysterlər imtahana buraxılmayacaq.
Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed