Şrift:
Magistratura seçimi edən namizədlər üçün UNEC-də onlayn görüş
30.06.2021 [11:28] - Gündəm, Bildiriş
Magistraturaya ixtisas seçimi edən namizədləri Azərbaycan Dövlət İqtisad Universitetindəki (UNEC) ixtisaslar, tədris prosesi, eləcə də UNEC-in təqdim etdiyi təhsil üstünlükləri ilə tanış etmək məqsədilə feysbuk üzərindən canlı yayımlar keçiriləcək.

UNEC-dən bildirilib ki, namizədlər iyunun 30-u saat 15-də MBA proqramı (56-ci proqram), saat 19-da isə texniki və texnoloji ixtisasların 4, 14, 19, 20, 21, 23, 53, 72-ci proqramları üzrə UNEC-in təqdim etdiyi təhsil imkanları ilə tanış ola bilərlər. Canlı yayım zamanı namizədlər onları maraqlandıran sualları da ünvanlaya biləcəklər.

Canlı yayım UNEC-in rəsmi feysbuk səhifəsində (https://www.facebook.com/unecedu) olacaq.
Bu xəbər oxucular tərəfindən 1006 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed