Şrift:
Sürətli poçt xidməti göstərən operatorlarla görüş olub
30.06.2021 [11:31] - Gündəm, İqtisadiyyat
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) sürətli poçt xidməti göstərən poçt operatorları ilə görüş keçirilib.

Nazirlikdən bildirilib ki, nazir müavini Rövşən Rüstəmovun sədrliyi ilə keçirilən görüşdə nazirliyin, sürətli poçt xidməti bazarında fəaliyyət göstərən aparıcı poçt operatorlarının və “Azərpoçt” MMC-nin nümayəndələri iştirak ediblər.

R.Rüstəmov poçt bazarındakı ümumi vəziyyət, dövlət və özəl sektorun əməkdaşlığı, bu sahədə nazirliyin həyata keçirdiyi tədbirlər barədə iştirakçılara məlumat verib. Daha sonra sürətli poçt xidməti göstərən operatorların fəaliyyətlərində üzləşdikləri çətinliklər və poçt sektorunun perspektiv inkişafı məsələləri müzakirə olunub.

Sonda bu kimi görüşlərin gələcəkdə daha intensiv keçirilməsi qərara alınıb.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed