Şrift:
Əfqanıstanda partlayış nəticəsində səkkiz polis və bir hərbçi həlak olub
01.07.2021 [11:16] - Xəbərlər, Hüquq
Əfqanıstanın qərbində yerləşən Herat əyalətində törədilən partlayış nəticəsində səkkiz polis əməkdaşı və bir hərbçi həlak olub.

TOLO News telekanalı bu barədə təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, avtomobilə qoyulmuş bomba polis idarəsi binasının yerləşdiyi ərazidə partladılıb.

Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində bir sıra mühüm əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir. Milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkə ərazisində anti-terror əməliyyatları keçirirlər. Ötən il sentyabrında Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” arasında başlayan sülh danışıqları hələlik heç bir nəticə verməyib.
Bu xəbər oxucular tərəfindən 2334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed