Şrift:
İmişlidə fermada yanğın baş verib
02.07.2021 [10:35] - Gündəm, Hadisə
İmişli rayonunda fermada yanğın baş verib. Yanğın zamanı xəsarət alan və yaralanan olmasa da, ferma ərazisindəki tikili yararsız vəziyyətə düşüb.

Yanğın hadisəsi iyulun 1-i saat 21 radələrində İmişli rayonunun Muradxanlı kəndində qeydə alınıb. Qasımov Vidadi Rüstəm oğluna məxsus fermada yerləşən tiklidə başlayan alov anidən güclənib. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan tikilinin 18 kvadratmetri yanıb, qalan hissə və ətraf ərazilər alovdan xilas edilib.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed