Şrift:
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşını təltif edib
02.07.2021 [11:06] - Xəbərlər, Sosial
İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polis Günü münasibətilə Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının ali xüsusi rütbələr, orden və medallarla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, dörd nəfərə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Həmçinin cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsində, hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 17 nəfər “Vətən uğrunda”, səkkiz nəfər isə “İgidliyə görə” medalı ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed