Şrift:
Naxçıvanda musiqi təmayüllü müəssisələrdə çalışan müəllimlərin attestasiyası başa çatıb
05.07.2021 [11:28] - Gündəm, Bildiriş
Musiqi təmayüllü müəssisələrdə çalışan müəllimlərin attestasiyası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsilli müəssisələrə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 2019-cu il 8 may tarixli qərarına əsasən keçirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məqsəd müəllimlərin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin müvafiq dərs yükü normasının optimallaşdırılmasının təmin edilməsidir.

İmtahanlar test üsulu və müsahibə vasitəsi ilə iki mərhələdə həyata keçirilib. 17-22 may tarixlərində keçirilən attestasiyanın test mərhələsində 516 müəllim iştirak edib. Bu mərhələdə 410 nəfər müvafiq keçid balını toplayıb və müsahibədə iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsində müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılıb. Müsahibə komissiyası müəllimlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirib. Müsahibədə 12 və ya daha çox bal toplamış müəllim bu mərhələdən keçmiş sayılır.

İyunun 10-dan keçirilən təkrar attestasiyada müvəffəqiyyət qazanmış dövlət musiqi təhsili müəssisələrinin müəllimləri üçün müsahibə mərhələsi iyulun 1-də başa çatıb. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üzrə 379 müəllim müsahibə mərhələsində iştirak edib, onlardan 367-si uğur qazanıb və növbəti beş il ərzində dövlət musiqi təhsili müəssisələrində fəaliyyət göstərmək hüququ əldə ediblər.

Qeyd edək ki, müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq. Bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər iş yerini dəyişərlərsə, həmin müəllimlərdən təkrar olaraq qiymətləndirmədə iştirak etmək tələb olunmur.
Bu xəbər oxucular tərəfindən 1058 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed