Şrift:
Urmu bələdiyyəsinin fəaliyyəti narazılıq doğurub: Yeni başçı nəşrin adını farslaşdırdı
05.07.2021 [11:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Başqan qurumun mətbu orqanı olan “Şəhərimiz” nəşrinin adını dəyişdirib. Mətbu orqan bundan sonra farsca “Peyami şəhr”ə ("Şəhərin mesajı") adlanacaq.

Qeyd edək ki, Urmunun keçmiş bələdiyyə başçısı Məhəmməd Həzrətpur yanvar ayının 11-də həbs edilib. Bir müddət sonra bələdiyyə başçılığına gətirilən Məcid Ağazadənin fəaliyyəti isə ilk günlərdən tənqidlərlə qarşılaşıb.

Bir neçə gün öncə Urmu şəhər şurasının 7 türk üzvündən 6-ı onun yarıtmaz idarəçiliyi ilə bağlı müraciət hazırlayıb. Onlar iyunun 29-da bələdiyyə başçısının impiçmentini tələb ediblər.

Şəhər şurasının 4 kürd üzvü və milliyyətcə türk olan Hüseyn Pənahi isə Məcid Ağazadəni dəstəkləyir, onun sorğu-sual edilməsinə qarşı çıxırlar.

bu arada urmulu jurnalist Aydın Babayi Hüseyn Pənahi ilə bağlı maraqlı fakt açıqlayıb.

Onun sözlərinə görə, Hüseyn Pənahi yaxın qohumlarını vəzifəyə təyin etdiyi üçün bələdiyyə başçısını müdafiə edir
Bu xəbər oxucular tərəfindən 1135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed