Şrift:
Filip Reno: Reza Deqatinin fotoları reallıqları əks etdirir
06.07.2021 [10:27] - Gündəm, Mədəniyyət
Hər il Parisdən “Maison Laurentine” incəsənət sahəsində tədqiqat, yaradıcılıq, mədəniyyət mühəndisliyi mərkəzi tərəfindən Şatovilənddə təşkil olunan sərgini ziyarət etməyə gəlirəm. Bu il sərgidə ilk dəfə fotolar nümayiş olunur. Reza Deqatinin fotolarından ibarət sərgi mənim üçün sürpriz oldu.

Bu fikirləri müsahibəsində “Dünyanın mənşəyi” beynəlxalq sərgisinin ziyarətçisi Filip Reno söyləyib.

Reza Deqatinin sərgisini böyük məmnuniyyətlə seyr etdiyini bildirən F.Reno deyib ki, bu fotolar onların çəkildiyi ölkələrin tarixi haqqında məlumat verir və hər kəsi ölkə reallıqları ilə bağlı məlumatlandırır.

“Rezanın fotoları vasitəsilə tanımadığımız ölkələri tanıyır, fotoların dili ilə bu ölkələrin reallıqları ilə bağlı məlumatlandırılırıq”,-deyə F. Reno vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 475 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed