Şrift:
Davudoğlu:Qarabağ münaqişəsinin həlli Türkiyənin də qarşısını açacaq
08.12.2012 [13:56] - Gündəm, Siyasət
Türkiyənin xarici işlər naziri seçkiqabağı münasibətlərdə irəliləyiş əldə etməyin çətin olduğunu deyib
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan-Ermənistan danışıqlardan nəticə əldə olunmasını istəyirik".Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "Sabah" qəzetinin "Türkiyə-Ermənistan münasibətlərində 2015-ci ilə doğru hər hansı irəliləyiş ola bilərmi? sualını cavablandırarkən deyib. Nazir, bunun Türkiyənin də qarşısını açacağını bildirib.

Türkiyə xarici siyasət idarəsi rəhbəri İstanbulda rusiyalı həmkarı Sergey Lavrovla görüşdüklərini vurğulayıb. "Gələn il yazda Ermənistanda, payıza isə Azərbaycanda prezident seçkiləri olacaq. Seçkiöncəsi münasibətlərdə irəliləyiş əldə etmək çətindir. Psixoloji mühit münasib deyil".
Bu xəbər oxucular tərəfindən 998 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed