Şrift:
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya keçiriləcək seçkilərdə iştirak üçün 165 təşkilat qeydiyyata alınıb
08.07.2021 [14:12] - Gündəm, İdman
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya keçiriləcək seçkilərdə təmsilçi qismində iştirak üçün 165 təşkilat müraciət edib.

Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, iki təşkilatın sədrinin səlahiyyət müddəti başa çatdığı üçün onların imzaladığı sənəd qəbul edilməyib. Nəticədə 163 təşkilatın təmsilçisi qeydiyyata alınıb.

Seçkilər iyulun 15-də saat 10:00-dan 14:00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında keçiriləcək.

Qeyd edək ki, 1994-cü ildən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. İctimai Şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclər təşkilatlarının iştirakını təmin etməkdir. İndiyədək şuranın iclaslarında Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin iştirakı, qanunların və dövlət proqramlarının layihələri, Azərbaycan Gənclərinin forumlarının keçirilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair faktların dünya ictimaiyyətinə çatdırılması, gənclərin sosial şəbəkələrdə fəaliyyəti və s. məsələlər müzakirə olunub, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilib.

Gənclər və İdman Nazirliyi yanında İctimai Şura formalaşdırıldıqdan sonra Gənclərlə İş üzrə İctimai Şuranın fəaliyyətinə xitam veriləcək.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed