Şrift:
Ermənistan Qərbin əsəbi ilə oynayır
08.12.2012 [14:54] - Gündəm, Siyasət
ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici məsələlər komitəsində İranın Cənubi Qafqaza təsirinə dair dinləmələr keçirilib.İranın Cənubi Qafqaza təsiri mövzusunda keçirilən dinləmələrdə konqresmen Berton bu yaxınlarda Azərbaycana və Ermənistana səfərlər etdiyini, hər 2 ölkənin rəhbərləri ilə görüşdüyünü deyib. Onun sözlərinə görə, İranın siyasəti bu ölkələrdə olan Qərb maraqlarını hədəfə almaqdan ibarətdir. Konqresmen İranın terrora sponsorluq etməsindən, xüsusən də ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizliyindən narahat olduğunu deyib. Alt komitənin rəhbəri İran rejimini təcrid etmək istəyən sanksiyaların vacib alət olduğunu vurğulayıb.

Dinləmələrdə bir sıra Konqres üzvləri, o cümlədən bölgə üzrə ekspertlər də çıxış edib. Heritac Fondunun eksperti Ariel Koen çıxışı zamanı İranın sanksiyalardan yayınmasından danışıb. Onun sözlərinə görə, Ermənistanın bank sektoru ilə əlaqələrin genişlənməsi bundan xəbər verir. Ekspertin sözlərinə görə, Ermənistan hökuməti bu xəbərləri rədd etsə də, Qərb rəsmiləri İranın sanksiyalara məruz qalan banklarının Ermənistanda sərbəst fəaliyyət göstərməsini sual edirlər.

Dinləmələrdə çıxış edən tədqiqatçı-alim Mayk Rubin isə İranın dünyəvi Azərbaycanın uğurlarına qısqanclıqla yanaşmasından danışıb. Onun sözlərinə görə, İranın “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan paytaxtında təxribat həyata keçirmək cəhdləri buna sübutdur.

Əlavə edək, dinləmələrdə Azərbaycandan gəlmiş qonaqlar da iştirak edib. Azərbaycanlı qonaqlar dinləməni müşahidə etsələr də, müzakirələrə qatılmadılar.
Bu xəbər oxucular tərəfindən 1084 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed