Şrift:
Azərbaycan şairinin şeirlər məcmuəsi Gürcüstanda nəşr edilib
09.07.2021 [13:51] - Gündəm, Mədəniyyət
Azərbaycan şairi, Bakı Slavyan Universitetinin professoru Flora Nacinin şeirlər məcmuəsi Gürcüstanda nəşr edilib.

Kitab Akaki Sereteli adına Dövlət Universitetinin müdiriyyətinin təşəbbüsü və dəstəyi ilə çap olunub. Şeirləri gürcü dilinə Gia Xoperia və Nadejda Kadjaya tərcümə ediblər. Kitabda İraida Krotenkonun bədii rəsm əsərlərinin reproduksiyalarından istifadə olunub.

Flora Naci bir neçə nəşr edilmiş şeir kitabının müəllifidir. Bu şeirlər məcmuəsi sayəsində gürcü oxucular onun poetik yaradıcılığı ilə ilk dəfə tanış olacaqlar.

Tərcümənin müəllifləri deyiblər: “Flora Nacinin yaradıcılığına diqqət yetirməyimiz təkcə müəllifin şeir yazma manerasının təbii pafosu ilə deyil, həm də onunla bağlıdır ki, Gürcüstanda baş verən ədəbi proseslərlə çoxdan maraqlanan şair Gürcüstan-Azərbaycan ədəbi əlaqələrini daha da intensivləşdirməyə çalışır”.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed