Şrift:
Türkiyə-Azərbaycan-Gürcüstan hərbi təlimləri Rusiyanı qıcıqlandıracaq? - PARTİYA SƏDRİ
12.07.2021 [12:58] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təlimlər 4-8 oktyabr tarixlərində keçiriləcək. Rusiyanın bu formatda hərbi təlimlərə münasibtinin necə olacağı maraq doğurur.

Bununla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Cebhe.info-ya bildirb ki, birgə hərbi təlimlərin keçirilməsi heç bir dövlətə qarşı olmayan, birliyə daxil olan ölkələrin mənafelərinə xidmət edən bir addımdır:

“Bu addım Türkiyənin bölgədə gücünün artmasına, Rusiyanın isə Qafqazda əvvəlki təsirini itirməsinə işarədir”.

Birgə keçiriləcək hərbi təlimlərin bölgədə təhlükəsizliyin təminatı üçün çox ciddi addım olduğunu bildiriən partiya sədri qeyd edib ki, müttəfiq dövlətlər qonşu ölkələrin ərazisinə hər hansı bir iddia irəli sürmürsə, digər ölkələrin, xüsusilə, Rusiyanın narahatçılığına əsas yoxdur:

“Nə Gürcüstan, nə Türkiyə, nə də Azərbaycan Rusiyanın peyk dövlətidir. Rusiya keçmişdə böyük bir imperiya olub, amma bu gün heç kəs onun istəklərini əsas götürməz. Keçimşdə nə olubsa bizə olub. Dünya inkişaf edir. Siyasət dinamik prosesdir, bölgədə isə yeni reallıqlar yaranıb”.

Şəbnəm Adil/cebhe.info
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed