Şrift:
XVI Beynəlxalq Strateji İdarəetmə Konfransı keçiriləcək
13.07.2021 [13:44] - Xəbərlər, Mədəniyyət
Oktyabrın 28-30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusuna həsr olunmuş XVI Beynəlxalq Strateji İdarəetmə Konfransı keçiriləcək.

Konfrans Beynəlxalq Texniki Strateji İdarəetmə, İdarəçilər Dərnəyinin təşkilatçılığı, UNEC, İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universiteti və Nişantaşı Universitetinin birgə əməkdaşlığı ilə təşkil olunacaq.

UNEC-dən bildirilib ki, konfransda “Strateji idarəetmədə əsas anlayışlar”, “Davamlılıq və sosial məsuliyyətlər”, “Qeyri-hökumət təşkilatlarında strateji idarəetmə”, “Xarici və daxili mühitin təhlili”, “Biznes strategiyası”, “Avrasiya siyasəti və strateji idarəetmə”, “Korporativ idarəetmə”, “Strategiyanın tətbiqi”, “Liderlik və strateji idarəetmə”, “Logistika və təchizat zəncirinin idarə edilməsi”, “Əməliyyatlar menecmenti”, “Strateji sahibkarlıq”, “KOB-un idarəedilməsi” və digər mövzular müzakirə olunacaq.

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, tələbə və tədqiqatçılar iştirak edə bilərlər. Konfrans materialları kitab şəklində çap olunacaq. Tədbirin “Hibrid” formatda (virtual və əyani) keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed