Şrift:
Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
13.07.2021 [14:42] - Xəbərlər, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin violin sinfinin şagirdləri Rostov-Don şəhərində onlayn keçirilən “Art-Performance” Beynəlxalq incəsənət müsabiqəsində uğurla iştirak ediblər.

İdarədən bildirilib ki, münsiflər heyətinin yekun qərarına əsasən məktəbin "Fantaziya" skripkaçılar ansamblı müsabiqənin "Qran-Pri" mükafatına, Səid Məmmədov və Aylin Məmmədli isə I yerə layiq görülüb.

Müsabiqə təşkilatçıları eyni zamanda "Fantaziya" skripkaçılar ansamblının bədii rəhbəri və məktəbin violin ixtisası üzrə müəllimi Mahirə Tabıyevanı, konsertmeysterlər müəllim Emil Həşimov və müəllim Şəlalə Əhmədovanı diplom ilə mükafatlandırıb.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed