Şrift:
Qazax-Ağstafa bölgəsində “Saloğlu” mebel kompleksi və müasir avtostansiyanın açılışı olub
13.07.2021 [14:43] - Xəbərlər, Sosial
Öz yenilikləri ilə gündəmdə olan “Saloğlu” şirkətindən mağaza konseptində daha bir fərqlilik. Qazax-Ağstafa regionunda həm kompleks mebel salonu, həm də komfortlu və rahat avtostansiyanın açılışı oldu. Müasir və modern avtostansiyada sərnişinlərə yüksək səviyyəli xidmət göstərilməsi üçün hər bir şərait yaradılıb.

“Saloğlu” mebel kompleksində isə zövqünüzə uyğun hər növ mebelə sahib ola bilərsiniz. Belə ki, kompleksdə bütün mebellərlə yanaşı, özəl sifarişlər bölümü də yer almaqdadır. Bu bölümdə “Saloğlu” fabriklərində istehsal edilən qapılar, mətbəx mebelləri, otel otağı mebelləri, sauna konseptleri və s. özəl layihələr üçün hazırlanan mebellər sərgilənməkdədir.

“Saloğlu” fabrikinin satış direktoru Elşən Bayramlı müsahibəsində deyib: “Müasir konseptdə yenilənmiş kompleks mağazamızı və modern avtostansiyanı regionumuzun xidmətinə veririk. Nəhəng kompleksimizin özəl sifarişlər bölümündə iri layihələr üçün bütün növ mebellər və əl işləri nümayiş olunur. 2000-ci ildən sürətli və peşəkar inkişaf yolundayıq. Təməli 2016-cı ildə atılan “Venzana” fabrikimiz son texnoloji alman və italyan dəzgahları ilə istehsala tam hazırdır, açılışı isə yaxın aylara planlaşdırılır. Masallı, Quba, Gəncə, Mingəçevir və digər bölgələrdə də yaxın zamanda diler mağazalarımız açılacaq. Hədəfimiz “Saloğlu” mebeli Azərbaycan brendi olaraq ölkəmizlə yanaşı dünya bazarında da zirvəyə daşımaqdır”.

Kompleksdə iri layihələrinizi çox asanlıqla yüksək keyfiyyətli və zövqlü mebellərlə təmin edə biləcəksiniz. Bundan əlavə, “Saloğlu” fabrikinin əsas hədəflərindən biri də 2022-ci ilin sonunadək ölkə üzrə 50 bayi-diler mağazası açmaqdır. Bu istiqamətdə işlər genişmiqyaslı olaraq davam etdirilir və yaxın günlərdə bir sıra bölgələrdə də diler-mağazaların açılışları olacaq. Yüksək keyfiyyət və zövqlə istehsal edilən mebellər əhaliyə və bütün müştərilərə daha yaxın olacaq.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed