Şrift:
Viran qalmış yurd yeri - Ağdam rayonunun Güllücə kəndindən görüntülər
13.07.2021 [14:46] - Xəbərlər, Sosial
rmənilərin Azərbaycan ərazilərini işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Güllücə kəndidir.

Güllücə kəndinə gedərək erməni vandalizmini lentə alıb. Güllücə kəndi Ağdam şəhərindən 26 kilometr şimalda - Qarabağ düzündədir. İşğaldan əvvəl Güllücə kəndində üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıq inkişaf etmişdi. Kənddə orta məktəb, kitabxana, xəstəxana, uşaq bağçası, şərab zavodu var idi. İndi isə burada yalnız bir mənzərənin şahidi olmaq mümkündür - erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri və sosial binalardan əsər-əlamət qalmayıb.

Ağdam rayonunun Güllücə kəndinin görüntülərini təqdim edirik.
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed