Şrift:
Azərbaycanlılar İranın xalça ticarətində əsas rol oynayır
10.12.2012 [10:46] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
İranın rəsmi xəbər agentliklərinin yazdığına görə, ölkənin xalça ixracatının 35 faizi Şərqi Azərbaycan vilayətindəndir. Şərqi Azərbaycan Sənaye və Ticarət Təşkilatının sədri Məhəmməd Cəfər Üzmayi son səkkiz ayda əyalətdən ixracat edilən xalçaların valyuta dəyərinin 190 milyon dollar təşkil etdiyini elan edib.
Üzmayi həmçinin xalça sənayesində işləyənlərin qarşılaşdığı çətinliklərdən danışıb. O bu çətinliklərin xalça istehsalı xərclərinin artması və bunun nəticəsində gəlirlərin azalması, xammal təchizatının bahalanması, sanksiyalarla əlaqədar problemlər, işçilərin kredit və siğorta problmelərindən ibarət olduğunu bildirib.
Sənaye və Ticarət Təşkilatı sədrinin dediklərini görə, Şərqi Azərbaycan xalça sənayesi strukturlarının (saxtar) böyük hissəsi Qaradağ zəlzələsi zamanı dağılıb. Bu strukturların bərpa edilməsi üçün İran İslam Cümhuriyyəti kabineti ilə danışıqlarda hələ heç bir nəticə alınmadığı bildirilib.
Bu il avqustun 11-də zəlzələnin baş verdiyi bölgədə yerləşən Heris və Əhər şəhərlərinə məxsus xalça markaları dünyada ən tanınmış və bahalı xalça növləri hesab edilir.
İranda Şərqi Azərbaycan vilayətindən başqa, Qərbi Azərbaycanda, eləcə də azərbaycanlıların yaşadığı Ərdəbil, Zəncan, və Həmədan kimi şəhərlərdə istehsal olan xalçalar da İranın xalça ixracatında mühüm yer alır.
Bu xəbər oxucular tərəfindən 1347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed