Şrift:
BMTM Ermənistanın Azərbaycana məxsus tarixi və mədəni irsi mənimsəməsinə dair hesabat hazırlayıb
14.07.2021 [11:07] - Xəbərlər, Sosial
Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi "Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi" adlı hesabat hazırlayıb.

Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənilməsi siyasətinin müxtəlif tərəfləri araşdırılır.

İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağın mədəni və tarixi irsinin, o cümlədən muzey və mədəniyyət abidələrinin talan edilməsi, həmçinin ərazidə qanunsuz arxeoloji qazıntıların aparılması araşdırılır. Materialın ikinci hissəsində abidələrin “erməniləşdirilməsi” və azərbaycanlılara məxsus irsin saxtalaşdırılması təhlil edilir. Hesabatın bir qismi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan mənbələrə əsasən hazırlanıb.

Qeyd etmək lazımdır ki, hesabatda Almaniyanın Bochum Universitetinin professoru Hans-Yoachim Heintze tərəfindən yazılmış "Silahlı qarşıdurmalar zamanı mədəni irsin qorunması" adlı materialda təsbit olunmuş hüquqi qiymətləndirmədən də istifadə edilib.
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed