Şrift:
Müəllimlərin işə qəbulu müsabiqəsində namizədlər yüksək nəticə göstəriblər
15.07.2021 [10:40] - Gündəm, Mədəniyyət
İyulun 14-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində riyaziyyat, kimya, Azərbaycan dili, rus dili və ədəbiyyatı fənləri üzrə müəllim olmaq istəyən namizədlər imtahan verib.

Təhsil Nazirliyindən bildirilib ki, imtahanda kimya fənni üzrə Şəbnəm Həmzəyeva 59, rus dili və ədəbiyyatı fənni üzrə Mətanət Abdinova və İlkanə Qasımova 55, riyaziyyat fənni üzrə Orxan Alışov 55 bal, Azərbaycan dili üzrə Gültəkin Əhmədova 54 bal toplayıblar.

Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed