Şrift:
Ötən gecə “Taliban” qruplaşmasından qaçan 347 Əfqanıstan vətəndaşı Tacikistana keçib
15.07.2021 [10:47] - Gündəm, Sosial
Ötən gecə “Taliban” qruplaşmasından qaçan 347 Əfqanıstan vətəndaşı Tacikistana keçib. Onların 77-si qadın, 177-si uşaqdır. Qaçqınlar Dağ Bədəxşan Muxtar Vilayətində çadır şəhərciklərinə yerləşdirilib.

Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzinə istinadla xəbər verir ki, qaçqınlar Əfqanıstanın Bədəxşan əyalətinin Andemin kəndinin sakinləridir.

Xatırladırıq ki, dünən Tacikistan sərhədini 128 qaçqın keçmişdi.

İndiyədək Tacikistana 1500 əfqan hərbçisi, 1512 mülki vətəndaş pənah gətirib.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed