Şrift:
Gürcüstanda müəyyən məhdudiyyətlər yenidən tətbiq oluna bilər
16.07.2021 [10:16] - Gündəm, Sağlıq
Gürcüstanda pandemiya ilə əlaqədar yaranmış epidemioloji vəziyyətlə əlaqədar müəyyən məhdudiyyətlər yenidən tətbiq oluna bilər.

Bunu Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze “İmedi” telekanalına müsahibəsində deyib. Nazir hansı məhdudiyyətlərin nəzərdən keçirildiyini dəqiqləşdirməyib. Bildirilib ki, məhdudiyyətlər əyləncəli tədbirlərlə bağlı ola bilər. “Epidemioloji vəziyyət pisləşir, infeksiya sürətlə yayılır və fəal müdaxilə olmadan temp azalmayacaq”, - deyə, nazir vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed